Azərbaycanda benzin istehsalı artıb
23:37 17 İyul 2017
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 330,4 mln. manat olmaqla əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,3% azalıb.
Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 7,7% (297,5 min ton), yanacaq mazutunun istehsalı 38% (241,3 min ton), dizel yanacağının istehsalı 16,4% (958,7 min ton) azalıb. Hesabat dövründə 618 min ton avtomobil benzini istehsal olunub ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 8% çoxdur.
Eyni zamanda bu ilin birinci yarısında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 23 mlrd. 526,7 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2 mln. 422,9 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 86,3%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 3,3%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21 mlrd. 526,8 mln. manatlıq vəsait qalıb.
Oxunub: 690
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO