Daha bir nazir vətəndaşların görüşünə gedir
15:02 20 İyul 2017
İyulun 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-79), (050) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 654-42-23, (055) 235-01-81, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 836
Oxşar xəbərlər
- Daha bir avtobus qəzası - Piyada öldü
- Daha bir yol yenidən qurulur
- Daha bir yaşlı insanı maşın vurub
- Daha bir piyada ölümü - `20 Yanvar`da
- Daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
- Daha bir metro stansiyası təmirə bağlanır
- Daha 3 rayonda ASAN Xidmət açılacaq
- Daha bir ölkə səfirliyini Qüdsə köçürdü
- Daha bir küçə təmirə bağlanır
- Daha bir jurnalist vaxtsız vəfat etdi