Pan Gi Mun Bakıya gəlib
21:29 15 Avqust 2017
“Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. İlk dəfə mən ölkənizdə Cənubi Koreyanın Xarici İşlər Naziri kimi rəsmi səfərdə oldum. BMT-nin Baş katibi olduğum dövrdə isə azərbaycanlı nümayəndələrlə, xüsusən də Prezident İlham Əliyev və Xarici İşlər Naziri Elmar Məmmədyarovla sıx əməkdaşlıq etmişik. Prezident Əliyev bütün səylərini sülhə dəstəyə yönəldirdi. Mən onun idarəçilik və liderlik qabiliyyətinə heyran olmuşam və hörmət edirəm".
Femida.az xəbər verir ki, bunu 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya səfərə gəlmiş BMT-nin keçmiş Baş katibi Pan Gi Mun deyib.
“Bu gün Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir. Hesab edirəm ki, bu konfransda iştirak etmiş bütün dünya skautları, Azərbaycanın insanlığı, sülhə və dünyada əmin-amanlığa yönəlmiş cəhdlərini görəcəklər. Bu prinsiplər dünya vətəndaşı olmaq istəyən skautlar üçün motivasiya və ruh yüksəkliyi deməkdir” – deyə BMT-nin keçmiş Baş katibi əlavə edib.
Femida.az
Oxunub: 1165
Oxşar xəbərlər
- Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
- Pan Gi Mun prezidentlik fikrindən daşındı
- Pan Gi Munun qardaşına qarşı rüşvət ittihamı
- Pan Gi Mun 200 min dollar rüşvət alıb?
- Pan Gi Mundan önəmli çağırış
- Pan Gi Mun Trampla telefonda danışdı
- Pan Gi Mun Rusiya və ABŞ-a səsləndi
- Pan Gi Munun köməkçisi `ASAN Xidmət`i nümunə göstərdi
- Pan Gi Munun Bakı müraciəti: `Birgə çalışa bilərik`
- Pan Qi Mun Suriyaya görə çağırış etdi