Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir
00:01 16 Avqust 2017
Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir.
Qurumdan Femida.az-a verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin mövzuları aşağıdakılardır:
• Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;
• Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
• Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;
• Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;
• Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;
• İstedadlı uşaqlarla işin təşkili;
• Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;
• Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;
• Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;
• Məktəblərarası əməkdaşlığın inkişafı.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.
Femida.az
Oxunub: 621
Oxşar xəbərlər
- Təhsil Nazirliyində yeni təyinat
- Təhsil işçiləri üçün bina tikintisinə start verildi
- Təhsil Şöbəsinə yeni müdir təyin edildi
- Təhsil Nazirliyinin səlahiyyəti artırılıb
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA
- Təhsil Nazirliyi statistika açıqladı - 15 767 müraciət
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil İdarəsi işçi axtarır
- Təhsil Nazirliyi Tarix İnstitutuna qarşı - Dərslik qalmaqalı böyüdü