DSX və DİN-dən birgə əməliyyat: xeyli silah götürüldü


21:33     16 Avqust 2017 odlu%20silah.jpg

Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə əməliyyat-axtarış tədbiri həyata keçirib.


DSX-nın mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, "Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində gizlədilən halda istifadəyə yararlı olan 1 ədəd "Naqan" tipli tapanca, 2 ədəd siqnal tapancası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 598