Bu ölkədə daşqınların 360 can aldı


13:51     20 Avqust 2017 56613b578b5a2.jpg

Hindistanın Assam, Bihar və Qərbi Benqaliya ştatlarında 360-dan çox insan daşqınların qurbanı olub.


Femida.az xarici kiv-lərə istinadən xəbər verir ki, ən acınacaqlı vəziyyət təbii fəlakətin 153 nəfərin həyatına son qoyduğu Bihar ştatındadır.

Vəziyyətin ağırlılığına görə ikinci yerdə Assam ştatı dayanır. Burada 144 nəfər təbii hadisənin qurbanı olub.

Qərbi Benqaliyada isə 52 nəfər daşqınların qurbanı olub. Təbii hadisədən zərər çəkmiş Uttar-Pradeş ştatında daşqınlar 14 nəfərin həyatına son qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 855