İki ay dözə bildi


16:13     22 Sentyabr 2017 xestexana_012548.jpg

Xaçmazda iki ay əvvəl maşınla vurulan piyada ölüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu il iyulun 20-də Xaçmaz rayonunun Seyidli kəndində kənd sakini Rafiq Hacımuradov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Aşağı-Oba kənd sakini Vüsal Hacıyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 21-də orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 709