Əfqanıstanda polislərə hücum - 5 ölü


17:58     23 Sentyabr 2017 efqanistan%20mina.jpg

Əfqanıstanın Qəzni əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum edilib.


Femida.az xəbər verir ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan əlavə qüvvələr hücumun qarşısını alıb.

Silahlıların zərərsizləşdirildiyi məlumat verilsə də, onların sayı açıqlanmayıb.

Hücumu "Taliban" qruplaşması həyata keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 616