Şəkidə bələdiyyə binası yandı


02:56     20 Oktyabr 2017 13878640961363594763_yangin45sadas1.jpg

Ötən gün axşam saat 23:30 radələrində Şəki rayonunun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi ümumi sahəsi 650 kvadrat metr olan inzibati binada yanğın baş verib.


Femida.az-ın məlumatına görə, yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Şəki və Qax rayonlarının dövlət yanğından mühafizə hissələrinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 635