Axtarışda olan 26 nəfər həbs edilib


01:10     21 Oktyabr 2017 1369306655_polis20bolmesi20loqo20170112.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 724