Ucarda oğurluq edən şəxs tutulub


20:07     23 Oktyabr 2017 aaaaa.jpg

Ucarda oğurluq edən şəxs saxlanılıb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, rayon sakini Mehriban Məmmədova oktyabrın 22-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evdən 1200 manatın və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq törətdiyinə görə məhkum olunmuş, 29 yaşlı Nurlan İsayev şübhəli şəxs qismində saxlanılaraq Ucar RPŞ-yə gətirilib.

N. İsayev oğurluq törətdiyini etiraf edib. Onun mənzildən götürdüyü qızıl boyunbağını elə həmin gün rayondakı zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə, 129 manata satdığı müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanılıb. Nurlan İsayevin digər cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1209