5 gün iş olmayacaq


13:31     20 Noyabr 2017 baku_christmas_tree.jpg

Yeni il bayramında Azərbaycanda 5 gün istirahət olacaq.


Femida.az xəbər verir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq.

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 2931