13 yaşlı qız dəm qazının qurbanı oldu
13:46 12 Dekabr 2017
Bakının Sabunçu rayonunda dəm qazı 13 yaşlı qızın ölümünə səbəb olub.
Femida.az-ın məlumatına görə, bədbəxt hadisə Maştağa qəsəbəsində baş verib.
Uzun müddət zənglərə cavab verməyən 2004-cü il təvəllüdlü qəsəbə sakini Hüseynova Gülsarə Oqtay qızı huşsuz vəziyyətdə yaxınları tərəfindən hamam otağında aşkarlanıb və bu barədə təcili tibbi yardım xidmətinə məlumat verilib. Ancaq ilkin baxış zamanı onun dünyasını dəyişdiyi məlum olub.
Məlumata görə, 13 yaşlı qız həmin vaxt evdə tək olub. Onun ailə üzvləri isə ölkədə deyilmiş.
Hadisəni Sabunçu prokurorluğu araşdırır.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- 134 dövlət əmlakının özəlləşdirilməsi planlaşdırılır
- 13 yaşlı uşağı it dişlədi
- 13 dövlət əmlakı özəlləşdirilib
- 1342 plan yeri boş qalıb
- 13 cinayət `isti izlər`lə açılıb
- 139 dövlət əmlakı satışa çıxarılır
- 13 yaşlı qızı maşın vurdu - Şəmkirə faciəli ölüm
- 133 vəzifəli şəxsə cinayət işi açılıb - Korrupsiya faktları
- 13,5 milyon dollarlıq məhkəmə işi başladı
- 13 yaşlı uşaq ağacdan yıxılaraq ölüb