Pakistanın Baş naziri 23 ildən sonra ilk dəfə Rusiyaya səfər edəcək
20:30 06 Fevral 2022
Pakistanın Baş naziri İmran Xan bu ay ikitərəfli səfərlə Rusiyaya gələcək.
Femida.az-ın məlumatına görə, bu barədə “Wion” telekanalı xəbər verir.
“Pakistanın Baş naziri İmran Xan son 23 ildə (sonuncu dəfə sabiq Baş nazir Nəvaz Şərif 1999-cu ilin martında Rusiyaya səfər edib-red) Rusiyaya ikitərəfli səfər edəcək ilk baş nazir olacaq”, - Hindistan kanalı qeyd edib.
Məlumata görə, danışıqlar zamanı tərəflər iki ölkə arasında münasibətləri, müdafiə məsələlərini, Əfqanıstandakı vəziyyəti və “Pakistan axını” qaz kəmərini müzakirə edəcəklər. Xanın nümayəndə heyətinə Pakistanın Nazirlər Kabinetinin nazirləri daxildir. Rusiyaya səfər dəvətinin Rusiya lideri Vladimir Putin tərəfindən edildiyi vurğulanır.
Bundan əvvəl Xan Vladimir Putinlə telefonla danışıb. Söhbət zamanı bir sıra məsələlər müzakirə edilib.
Oxunub: 448
Oxşar xəbərlər
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanın yeni Baş naziri seçilib
- Pakistanın Baş naziri İmran Xan istefa verib
- Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
- Pakistanın baş diplomatı Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
- Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib
- Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib