Pakistanın yeni Baş naziri seçilib


16:38     11 Aprel 2022 22_04_11_1649680711.jpg

Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.

Femida.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ş.Şərif hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Onun lehinə 174 deputat səs verib.

Şahbaz Şərif Baş nazir vəzifəsində İmran Xanı əvəzləyib. İmran Xanın partiyası isə seçkiləri boykot edib.

Qeyd edək ki, Ş.Şərif ölkənin sabiq Baş nazir Nəvaz Şərifin qardaşıdır.

Açar sözlər:

Oxunub: 418