Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
11:58 16 İyul 2022
Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində “Bəlucistan Azadlıq Ordusu”nun (BLA) ekstremist qruplaşmasının azı doqquz silahlısını zərərsizləşdirib.
Femida.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İdarələrarası İctimai Əlaqələr Xidməti (ISPR) məlumat yayıb.
Xüsusi təyinatlı qüvvələrin Ziarat şəhəri yaxınlığındakı dağlarda keçirdiyi antiterror əməliyyatı Pakistan ordusunun polkovnik-leytenantının bu yaxınlarda oğurlanaraq öldürülməsində iştirak edən terrorçuların məhv edilməsi məqsədi ilə həyata keçirilib.
Ekstremistlərlə atışma zamanı bir hərbçi həlak olub.
Oxunub: 351
Oxşar xəbərlər
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanın yeni Baş naziri seçilib
- Pakistanın Baş naziri İmran Xan istefa verib
- Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
- Pakistanın Baş naziri 23 ildən sonra ilk dəfə Rusiyaya səfər edəcək
- Pakistanın baş diplomatı Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
- Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib
- Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib