Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək


10:58     01 İyun 2022 22_06_01_1654061233.jpg

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə Türkyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Ş.Şərif R.T.Ərdoğanla görüşəcək.

Liderlər arasında təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.

Müzakirələr başa çatandan sonra Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif birgə mətbuat konfransı keçirəcəklər.

Açar sözlər:

Oxunub: 320