Parisdə etiraz aksiyaları davam edir - 52 nəfər saxlanılıb


10:59     27 Yanvar 2019 2019/01/02DFA4D9-E01C-4800-8521-02F336B97A02_1548568197.jpeg

Fransada "sarı jiletrlər" hərəkatının 11-ci etiraz aksiyası keçirilir.

Femida.az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 18:00 üçün paytaxt Parisdə keçirilən etiraz aksiyaları zamanı azı 52 nəfər saxlanılıb.

Fransada "sarı jiletrlə" hərəkatının növbəti etiraz aksiyalarında azı 69 min insan iştirak edib. Parisdə etiraz aksiyalarında təxminən 4 min insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 449