Parisdə prefektura binasına hücum olub, 4 polis öldürülüb


17:39     03 Oktyabr 2019 2019/10/125d95f1d2dba1d_1570108230.jpg

Fransanın paytaxtı Parisdə prefektura binasına hücum edilib.

Femida.az-ın Avropa bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, qərargahda polislərə bıçaqla hücum olub, 4 nəfər həyatını itirib.

Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 528