Biləsuvarda yanğın olub


09:44     29 Yanvar 2019 yangin%20otel%20baki.jpg

Biləsuvar rayonunda yanğın qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbr verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

Ümumi sahəsi 120 m² olan bir mərtəbəli üç otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 251