"Qarabağ münaqişəsinin həll variantını tapmaq üçün xeyli vaxt lazımdır" - Angela Merkel


17:17     01 Fevral 2019 merkelll.jpg


"Dağlıq Qarabağ münaqişəsinin həllində bütün tərəfləri razı salacaq variant tapmaq üçün xeyli vaxt lazım olacaq".

“İnterfax” bildirib ki, bunu Almaniya Kansleri Angela Merkel Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Qarşıda uzun yol var. Təkcə bir tərəfi razı salan variant mümkün deyil. Odur ki, ATƏT-in Minsk qrupunun imkanlarından yararlanmaq lazımdır”, - deyə Almaniyanın hökumət başçısı vurğulayıb.

Femida.az

Açar sözlər: #Merkel   #siyasət   #dünya  

Oxunub: 502