5 telekanala pul ayrıldı - SİYAHI
17:17 05 Fevral 2019
Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, “ATV”, “ARB 24” MMC, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.
İclasda həmçinin Ictimai Televiziyanın Full HD formatında yüksək keyfiyyətli rəqəmsal yayımının tətbiqi ilə əlaqədar olaraq yeni yayım paketinin yaradılması (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalı) barədə qərar qəbul edilib.
Femida.az
Oxunub: 514
Oxşar xəbərlər
- 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub
- 51 yaşlı kişi bıçaqlanıb
- 57 müsəlman ölkəsi arasında ən böyük yəhudi icması Azərbaycandadır
- 54 nəfər borca görə saxlanıldı
- 51 rayonda torpaqların elektron kadastr uçotu bitib
- 59 cinayətin üstü “isti izlər”lə açılıb
- 5 mindən çox şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluğa cəlb olunub
- 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib
- 5867 hərbçi "Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib
- 5863 hərbçi “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib