FHN zəlzələ ilə bağlı araşdırmalara başladı


09:15     06 Fevral 2019 2019/02/shamaxi-zelzele1_1549430247.jpg

Fövqəladə Hallar Nazirliyi fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.


Femida.az FHN-ə istinadla xəbər verir ki, aparılan araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

“AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır", - məlumatda bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 353