Zəlzələ nəticəsində beyninə qan sızan kişidən xəbər var


10:51     07 Fevral 2019 2019/02/samaxi-zelzele_1549522790.jpg

Şamaxıda baş vermiş zəlzələ səbəbindən beyninə qan sızan 58 yaşlı kişinin vəziyyəti stabilləşib.


Femida.az AzVison-a istinadən xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda həmin şəxsin xəstəxanada müalicəsi davam etdirilir, səhhətində müsbət irəliləyiş var.

Qeyd edək ki, Şamaxıda baş verən zəlzələ nəticəsində 30 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bunlar əsasən təzyiqi qalxan, dili tutulan və bədənin müəyyən hissələrində sınıq və əzik olan şəxslərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 473