Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu
14:52 09 Fevral 2019
Bu gün Hacıqabul Sənaye Məhəlləsində yeni avtomobil zavodunun əsası qoyulub.
Femida.az xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və onun rusiyalı həmkarı Maksim Oreşkin iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, zavodda “QAZ” markalı yüngül tonnajlı yük maşınları buraxılacaq.
İllik min ədəd avtomobil istehsalı üçün nəzərdə tutulan müəssisənin maliyyə dəyəri 14 milyon manatdır, və bu vəsait tam olaraq “Azərmaş” ASC tərəfindən yatırılacaq.
İstehsal avadanlıqları Rusiya və Avropa İttifaqı ölkələrindən gətirilib.
Müəssisə 2020-ci ildə istehsala başlayacaq və burada 100 nəfər işlə təmin olunacaq.
Oxunub: 817
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb
- Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var
- Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb
- Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
- Hacıqabulda oğurluq edən şəxs saxlanılıb