Novruz Məmmədov Avropa İttifaqını tənqid etdi


15:48     23 Oktyabr 2015 trend_novruz-mammadov_270515_11.jpg

“Avropa İttifaqının Azərbaycan siyasətinin bir məqamı ikili standartın açıq göstəricisidir”.


Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Necə olur ki, İsveçrə və Avropa İttifaqına üzv ölkələrin şirkət və nümayəndələrinin işğal olunmuş Dağlıq Qarabağda işləmələrinin qarşısını almırlar, amma Cənubi Osetiyada, Abxaziyada və digər yerlərdə onlar işləmirlər”, - deyə N. Məmmədov əlavə edib.

Açar sözlər:

Oxunub: 787