Novruz bayramı ərəfəsində əfv gözlənilir


20:40     06 Mart 2017 efv_gf_yeni.jpg

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.


Femida.az xəbər verir ki, Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 110 müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 853