Novruz bayramında bir həftə iş olmayacaq
16:01 04 Yanvar 2018
Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.
Femida.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.
Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.
Femida.az
Oxunub: 1797
Oxşar xəbərlər
- Novruzəli Orucovun oğlunun məhkəməsi təxirə salındı
- Novruz bayramı Bolqarıstan mediasında
- Novruz şənliyində partlayış: ölən və yaralananlar var
- Novruz bayramı ərəfəsində əfv - Yüzlərlə məhbusu azadlıqda
- Novruz bayramı ərəfəsində əfv gözlənilir
- Novruz bayramında əfv olacaq - AÇIQLAMA
- Novruz çərşənbələrinin vaxtı açıqlandı
- Novruz Məmmədov nazirlikləri tənqid etdi
- Novruz süfrəsi neçəyə başa gəlir?
- Novruzda əfv olacaq? – AÇIQLAMA