Novruz bayramı ərəfəsində əfv - Yüzlərlə məhbusu azadlıqda


19:32     14 Mart 2017 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

İranın ali lideri ayətulla Əli Xamneyi Novruz bayramı ərəfəsində iranlı məhbusların əfv olunması və cəzalarının yüngülləşdirilməsinə razılıq verib.


Femida.az-ın məlumatına görə, qərar məhkəmə orqanlarının müraciəti əsasında verilib.

Məlumatda qeyd olunur ki, əfvlə bağlı məhkəmə hakimiyyətinin rəhbəri ayətulla Sadiq Laricani Əli Xamneyiyə məktubla müraciət edib.

Qeyd olunur ki, əfv qərarı İslam Respublikasına qarşı silahlı mübarizədə iştirak etmiş, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, cinsi zorakılıq, silah qaçaqmalçılığı və rüşvət kimi cinayətlərdən məhkum olunanlara şamil edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1950