Ərdoğan bu gün Putinlə görüşəcək


12:09     14 Fevral 2019 19_02_14_1550131815.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.


Femida.az xəbər verir ki, özəl təyyarə ilə Soçi şəhərinə yollanan prezident rusiyalı həmkarı ilə görüşəcək.

Soçi zirvə toplantısında Vladimir Putin, İran prezidenti Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini müzakirə edəcəklər.

Ərdoğanla birlikdə Soçiyə gedənlər arasında xanımı Emine Erdoğan, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlüd Çavuşoğlu və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da var.

Açar sözlər:

Oxunub: 476