Hindistanda terror aktı, 30 polis öldü


19:43     14 Fevral 2019 19_02_14_1550158555.jpg

Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partlaması nəticəsində ölən polislərin sayı 30-a çatıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 18 nəfərin öldüyü açıqlanmışdı.

Məlumata görə, bomba Mərkəzi Ehtiyat Polis Qüvvələrinin əməkdaşları avtomobildə olan zaman işə salınıb. Partlayışdan sonra hadisə baş verən ərazidə atəş səsləri eşidilib.

Partlayış nəticəsində xeyli insan yaralanıb, onlardan 13-nün vəziyyəti kritikdir.

“Caiş-e-Məhəmməd” terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 382