Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanıb

Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanıb


09:14     16 Fevral 2019 2019/02/09-14-10-731055_1550294084.jpg

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Femida.az report-a istinadən xəbər verir ki, hadisə Ərəş küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlu naməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.

Açar sözlər:

Oxunub: 113