Milyarder “çayavoy” verdi - 1000 dollar


20:02     23 Oktyabr 2015 qarson.Jpeg

Mərmərə dənizində lüks yaxtası ilə səyahətdə olan rus milyarder Roman Abramoviç yaxtasnının ipini sahildə bağlayan xidmətçiyə 1000 dollar bəxşiş verdi.


İngiltərənin məşhur klubu “Çelsi” - nin sahibi milyarder Roman Abramoviç Mərmərə dənizində səyahətini davam etdirir.

Ailəsi ilə səyahətdə olan Abramoviç yaxtadan 10 mühafizəçinin müşaiyyəti ilə ayrıldı.

Rus milyarder yaxtanın ipini bağlayan restoranın ofisiantı Selçuk Günaya 2 bin lirə(təqribən 1000 dollar) bəxşiş verdi.

Abramoviçdən iki min lirə bəxşiş alan Selçuk Günay təəsüratlarını bu cür ifadə etdi:

“Yaxta sahilə yaxınlaşanda içindəkinin Abramoviç olduğunu anlamadım. O, keçən il də bizim restorana gəlmişdi. Yaxtadan düşərkən onun Abramoviç olduğunu anladım. Onun mühafizəçiləri qayıdarkən mənə iki min lirə bəxşiş verdilər. Mən isə onlara təşəkkür etdim və restoranımızda görməkdən məmnun olduğumu bildirdim”.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2021