Milyarder icra hakimiyyətini məhkəməyə verdi - Azərbaycanda


15:13     05 Oktyabr 2015 img1392898.jpg

“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.


“Report”un xəbərinə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

“Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.

Açar sözlər:

Oxunub: 1451