Milyarder və arvadının ölüm səbəbi bilindi


13:11     18 Dekabr 2017 image20.jpg

Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb.

Qeyd edək ki, dekabrın 16-da "Apotex" əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman Torontodakı evlərində ölü tapılıblar.

"Canadian Business" dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2729