Keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu
18:37 17 Fevral 2019
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.
Femida.az-ın "Sputnik Azərbaycan"a istinadən məlumatına görə, onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 5 qram olan 2 büküm narkotik vasitə heroin və çəkisi 8 qram olan bir büküm tiryək aşkar olunaraq götürülüb.
Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd "Makarov" markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 341
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
- Keçmiş arvadını boğaraq öldürən kişiyə 16 il iş verildi
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Keçmiş məhkum 800 manatlıq viski oğurladı