Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
11:39 06 Noyabr 2021
Yaponiyanın keçmiş müdafiə naziri Yoşimasa Hayasi ölkənin yeni xarici işlər naziri olacaq.
Femida.az xəbər verir ki, baş naziri Fumio Kisida bununla bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin rəsmi olaraq yenilənmiş tərkibi noyabrın 10-da təsdiqlənməlidir. Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqini hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi postuna keçməsindən sonra xarici işlər naziri postu boş qalıb. Nazirlər Kabinetinin yeni tərkibi açıqlanana qədər bu vəzifəni baş nazir özü icra edəcək.
Hayaşi 2009-cu ilin iyulundan sentyabr ayına qədər ölkənin müdafiə naziri, 2012-2014-cü illərdə kənd təsərrüfatı naziri olub. O, həmçinin təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri vəzifəsində çalışıb.
Oktyabrın 31-də Yaponiyada parlament seçkiləri keçirilib. LDP 465 mandatdan 261-ni alaraq aşağı palatada mütləq çoxluğu qoruyub saxlaya bilib. Bu, 2017-ci ildə keçirilən seçkilərlə müqayisədə 15 yer azdır. Liberal demokratların hakim koalisiyadakı kiçik partnyoru - Komeito partiyasının deputatları mövqelərini üç mandatla gücləndirərək 32 yer alıblar.
Femida.az
Oxunub: 3695
Oxşar xəbərlər
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Rusiya Yaponiya Baş nazirinə sanksiya tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- XİN sözçüsü: "Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib
- Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib