Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb


15:20     27 İyun 2022 22_06_27_1656321845.jpg

Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 22-də Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2618