Oyun zallarından oğurluq edən şəxs tutuldu
19:30 18 Fevral 2019
Cari il yanvarın 11-də Şirvan şəhər sakini Samid Əmirəliyev ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb. Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı ilə törətdiyini etiraf edib.
Ətrafında aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumilikdə 11 ədəd oyun cihazı, 1 ədəd televizor, 1ədəd noutbuk oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 321
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Bakıda qadının boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirilib
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Azərbaycan çempionatının oyununda hakimlər döyülüb
- AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib
- Azərbaycanda oyuncaq tapança ilə mağazaya basqın olub, 45 min manatlıq qızıl aparılıb
- Azərbaycan çempionatının oyunlarında hakimlər döyülüb