Spirtli içkidən 50 nəfər öldü - Hindistanda


09:02     23 Fevral 2019 hindistan%20yol%20qez.jpg

Hindistanın şimal-şərqində keyfiyyətsiz spirtli içkidən zəhərlənmə nəticəsində azı 50 nəfər həyatını itirib.

Bu barədə cümə günü yerli polis nümayəndəsinə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, daha 50 nəfərə yaxın şəxs zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, zəhərlənənlər əsasən Assam ştatındakı çay plantasiyalarının işçiləri olublar. Onlar tərkibində metanol olan keyfiyyətsiz likyor qəbul ediblər. İşçilər maaş almaqlarını qeyd edirlərmiş.

Spirtli içkini hazırlayan müəssisə sahibi və daha 4 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 383