Keçmiş məhkumdam tüfəng götürüldü - Qanunsuz saxlayırmış


15:20     25 Fevral 2019 ov-tufengi.jpg

Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib



Bakı şəhər sakinindən müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

DİN-dən Femida.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərovdan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 314