Keçmiş "zek" tapança ilə tutulub


11:45     01 Mart 2019 hebs_58.jpg

Nəqliyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 327