Ankarada İŞİD əməliyyatı - 7 nəfər saxlanıldı


17:10     01 Mart 2019 2019/03/1551442429_1551445154.jpg

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatı üçün fəaliyyət göstərdikləri müəyyən edilən 7 nəfər saxlanılıb.

Ankara Polis İdarəsi "Əl-Qaidə"dən çıxaraq, İŞİD-ə keçən şübhəlilərin qeyri-qanuni yollarla Ankaraya gəlib İŞİD tərəfdarları ilə əlaqə yaratdıqlarını müəyyən edib. Antiterror qrupları kimlikləri müəyyən olunan şübhəlilərin yaxalanması üçün ünvanlarına basqın edib. Əməliyyatda İŞİD üçün şəhərdə fəaliyyət göstərdikləri müəyyən edilən 5-i Türkiyə, 2-si İraq əsilli olmaqla, 7 nəfər yaxalanaraq, saxlanılıb. Şübhəlilər tibbi yoxlamadan sonra polis idarəsinə aparılıb. İstintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 469