Qaradağda yanğın olub


17:11     03 Mart 2019 yangin_38673636.jpg

Qaradağda ikimərtəbəli binada yanğın qeydə alınıb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 53 m² olan 3 otaqlı mənzilin hamam otağı və mətbəxi arasındakı taxta konstruksiyalardan ibarət arakəsmə 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 380