Ucarda yolu keçmək istəyən ana və uşağını maşın vurdu - İkisi də öldü+Fotolar


18:15     03 Mart 2019 19_03_03_1551623007.jpg

Bakı-Qazax yolunda bir avtomobil iki piyadanı həyatından edib.

“Qafqazinfo” xəbər verir ki,Ucarda yolu keçmək istəyən piyadaları minik avtomobili vurub. Hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən ana və uşağı avtomobil zərbəsinə tuş gəlib. Hadisə nəticəsində piyadanın biri aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Hazırda ölənlərin və sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 753