Kolumbiyada təyyarə düşdü, sərnişinlərin hamısı öldü


10:18     10 Mart 2019 2019/03/3443F102-F55B-4748-A01D-451787FCE156_1552198263.jpeg

Kolumbiyada DC-3 sərnişin təyyarəsi düşüb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı ölüb. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 12-dir.

Qeyd edək ki, “Laser” aviaşirkətinə məxsus layner San-Xose-del-Quavyare və Vilyavisensio şəhərləri arasında uçurmuş. Təyyarə düşdükdən sonra alovlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 457