Məhbus qardaşına heroin keçirmək istədi
10:12 11 Mart 2019
Bakıda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd edilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Belə ki, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilən Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilən bükülülərdə 0,546 qram narkotik maddə - “heroin” və 0,232 qram psixotrop maddə - “metamfetamin” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 370
Oxşar xəbərlər
- Məhbusların ali məktəblərin qəbul imtahanlarına buraxılması təklif olunur
- Məhbuslar arasında xəstəlikdən ölüm halları azalıb
- Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar
- Məhbus özünü kameranın nəfəsliyindən asıb
- Məhbus daşıyan maşın qəzaya düşdü - İki polis xəsarət aldı
- Məhbuslar ali təhsil ala bilərmi? - DİM-dən AÇIQLAMA
- Məhbusların aclıq aksiyası keçirməsi xəbərinə — Rəsmi reaksiya
- Məhbus hansı evdədir? - Məntiq testi
- Məhbusların qaçmasına görə tutulan Penitensiar xidmət əməkdaşlarından yeni xəbər
- Məhbus qadınlar komitədən kömək istəyir