Məhbus qadınlar komitədən kömək istəyir


17:24     31 May 2018 hebs_qadin_0451.jpg

"Həbsdə olan elə qadınlar var ki, ailə problemləri olur, uşaqları ilə görüşə bilmirlər"


Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, komitədə təkcə həbsdə olan qadınlar yox, eləcə də məhbus uşaqlarla bağlı müxtəlif tədbirlər həyata keçirilir, onlarla tez-tez görüşlər olur.

"Həbsdə olan qadınlar görüşdə bizə müraciət edir, komitəyə çoxlu sayda məktublar göndərirlər ki, onların sosial, eləcə də ailə problemlərinin nizamlanmasında yardım edək. Çalışırıq ki, qadınlar uşaqları ilə görüşə bilsinlər. Elə qadınlar var ki, ailədaxili münasibətlər zəminində cinayət törətdiyi üçün həbsdədir və həmin qadınlara olan münasibətlər fərqli olur".

Komitə rəsmisi qeyd edib ki, qadınları həbsdən çıxandan sonra qarşılaşacağı problemlərə hazırlamağa, onların məşğulluğunu təmin etməyə, peşə öyrənilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.

"Bundan başqa uşaq təcridxanalarında olan uşaqların problemlərin həlli istiqamətində eyni qaydada işlər görülür. Müxtəlif problemli insanlar var və onlarla münasibətlərin qurulması baxımından tədbirlər keçirilir".

Femida.az

Açar sözlər:

Oxunub: 981