“ABAD”dan Şəki əhalisi üçün peşə imkanları - Memorandum imzalandı


15:34     02 Aprel 2019 19_04_02_1554204564.jpg


“ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.

Femida.az xəbər verir ki, memorandum “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru Yusif Şükürlü arasında imzalanıb.

Tədbirdə çıxış edən “ABAD”ın direktoru Rüfət Elçiyev iki qurum arasında imzalanan Memorandumun Azərbaycanda mikro kiçik və orta sahibkarların, əsasən də kənd təsərrüfatı və aidiyyəti üzrə müxtəlif peşələrə sahiblənmək istəyən yerli əhalinin, ümumilikdə isə regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Daha sonra ŞREM-in direktoru çıxış edərək bu Memorandum vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda sənaye və kənd təsərrüfatının daha da inkişaf edəcəyini, elmin qabaqcıl nailiyyətlərini istehsalatda tətbiq etməklə səmərəliliyin artacacağını bildirib.

Qeyd edilib ki, memoranduma əsasən, ŞREM Şəki “ABAD” Regional Mərkəzə müraciət edənlər üçün aşağıda qeyd olunan sahələr üzrə təlimçiləri cəlb edəcək:

İpəkçilik;
Tütünçülük;
Bağçılıq;
Logistika və texnologiya.



Femida.az

Açar sözlər: ABAD   Şəki    

Oxunub: 596