Maştağada 3 gün ərzində 13 ev qarət edilib


17:43     03 Aprel 2019 19_04_03_1554293430.jpg

Bakının Maştağa qəsəbəsində 13 ev qarət edilib.


Bu barədə ONA-ya evi qarət olunan AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva məlumat verib. Onun sözlərinə görə, martın 18-dən 21-dək olan müddətdə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində 13 bağ evi qarət olunub. Oğurluğa gələnlər əsasən, su motorlarını, generatorları və kombi sistemlərini aparıblar.

X.Quliyeva bildirib ki, zərərçəkənlər ərazi üzrə 14-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Açar sözlər:

Oxunub: 466